ABŞ-ın vitse-prezidenti Co Bayden Türkiyəyə gəlir.

Burada diqqət çəkən məqam, Baydenin Ankaraya baş tutacaq səfərinin rəsmi Ankara və Vaşinqton arasında son illərin ən çətin bir dönəmində təsadüf etməsidir.



Bayden Ankara yolunda ikən Türkiyə Suriyada Cerablus əməliyyatlarına başladı

Fətullah Gülənin Türkiyəyə ekstradisiya məsələsində heç bir addım atmayan ABŞ ötən gecə Türkiyənin Suriyada bağlatdığı Cerablus əməliyyatlarından dərhal sonra görüşə gəlir. Mehmetcik İŞİD-ə zərbələr endirdiyi bir məqamda ABŞ PYD-yə (Kürdlərin PKK terror təşkilatının Suriyadakı qolu) dəhliz açılmasının qarşısını kəsməyə çalışır. Bu səbəbdən də Co Baydenin Ankara gündəliyindəki əsas məsələlərin - Fətullah Gülənin ekstradisiyasının yenidən müzakirəsi və Cerablus əməliyyatları ilə bağlı olduğu gözlənilir. Digər tərəfdən vitse-prezidentin səfərinin əsas məqsədlərindən biri kimi, son zamanlar Türkiyə və Rusiya arasındakı gözəçarpacaq yaxınlaşmanın narahatlığıdır.



ABŞ-ın vitse-prezidenti Co Bayden səfər qabağı sosial şəbəkə hesabından etdiyi şərhlə diqqət çəkib. O, terrora qarşı Türkiyə ilə həmrəy olduqlarını açıqlayıb.

Co Bayden sosial şəbəkə hesabında bunları yazıb:



"Bir toya edilən vəhşi hücum sonrası 29-u uşaq olmaqla 50 nəfər öldü, 66 insan yaralandı. Trükiyə müttəfiqimizdir, yanındayıq. Bu həftə Türkiyədə baş verən faciəvi hücumlar və çevriliş cəhdi sonrası Amerikanın türk xalqı ilə həmrəyliyini göstərmək üçün Ankaraya gedirik".