Füzuli rayon sakini Maksim Məhərrəmov balıq tutarkən ehtiyatsızlıqdan suya yıxılaraq boğulub.
Unikal.org DİN-in saytına istinadən xəbər verir ki, dünən Maksim Məhərrəmov Aranqala qəsəbəsi ərazisindən keçən kanaldan balıq tutarkən ehtiyatsızlıqdan suya yıxılıb. Nəticədə kişi boğulub. Meyit sudan çıxarılıb.
Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.