Bu gün Türkiyədə səfərdə olan ABŞ vitse-prezidenti Co Bayden Türkiyə Böyük Millət Məclisində olub.
Unikal.org türkiyə mətbuatına istinadən məlumata görə, hərbi çevriliş cəhdi zamanı parlamentin bombalanan hissələrini gəzən C. Bayden gördüklərinin ona ABŞ-dakı 11 sentyabr olayını xatırlatdığını söyləyib.
C. Bayden Türkiyə parlamentinin sədri İsmayıl Qəhrəmanla görüşdə isə hazırda ABŞ-da yaşayan Fətullahçı Terror Təşkilatının (FETÖ) lideri Fətullah Gülənin Türkiyəyə ekstradisiyası məsələsinə toxunub: "Kaş Fətullah Gülən başqa ölkədə olaydı. ABŞ-a Fətullah Gülən haqqında sübut çatdırılmayıb. Fətullah Gülənin ekstradisiyasına ABŞ Federal Məhkəməsi qərar verəcək.
C. Bayden daha sonra Türkiyə baş naziri Binəli Yıldırımla görüşüb.