Kabildə silahlı şəxslər Əfqanıstanın Amerika Universitetinə hücum ediblər.

Unikal.org xəbər verir ki, universitet binasında atışma olub.

Binaya daxil olmazdan öncə silahlılar partlayış törədiblər. Kabildəki ABŞ universitetinə silahlı hücum nəticəsində ən azı 5 nəfər xəsarət alıb. Yerli hakimiyyət universitetdə onlarla tələbə və müəllimin köməksiz vəziyyətdə qaldığını təsdiq edib.