Qoç- yalnız gücünüz çatacaq, imkanlarınızın çərçivəsini keçməyən işlərə başlayın. Belə olarsa, problemlərin öhdəsindən tezliklə gələ bilərsiniz. Problemlərlə qarşılaşanda tanışlar və ya tərəfdaşlara müraciət etmək olar. Birgə fəaliyyət taktikası yetərincə effektivdir.

Buğa- yeni işə başlamaq, tərəfdaşlarla ortaq layihəni müzakirə etmək üçün əlverişlidir. Qəfil görüş, xoş sürprizlər istisna deyil. Romantik təmaslar qeyri-adi olacaq. İmiclə eksperimentlər uğurludur. Alış-verişdə paltar, aksessuar, kosmetika da almaq olar.

Əkizlər- hisslərinizi cilovlayın, emosiyalarınıza nəzarət edin. İdeyalarınız istədiyiniz kimi yaxşı deyil və gözləntilərinizə cavab vermir. Ehtiyatı əldən verməyin. Tələsik davransanız, problemlər yaranacaq. Onları isə həftənin sonunadək çözmək məcburiyyətində qalacaqsınız.

Xərçəng- iradəniz zəif olarsa, çox pul xərcləyəcəksiniz. Əyləncəni unudun. Maraqlı işlə məşğul olmaq mümkündür. Peşəkar fəaliyyət müstəvisində asanlıqla uğur qazana bilərsiniz

Şir- iş yerində rəhbərlik məqsədyönlü fəaliyyətinizi sezəcək. Nüfuzlu insanlardan dəstək ala bilərsiniz. Kiçik səhvlərin fəsadlarını aradan qaldırmaq olar. Ciddi yanlışlıqlara yol verməyin.

Qız- işlə bağlı planları qeyri-formal şəraitdə müzakirə etmək olar. Bunu etsəniz, yaxşı məsləhət və real dəstək alacaqsınız.

İşdə və evdə yaxşı ideyalarınızla ətrafınızdakı insanları heyrətləndirin. Yaşam arealının yenilənməsi, təmirə başlamaq üçün münasib zamandır. Yaxınlarınız sizi dəstəkləyəcəklər.

Tərəzi- yaşamın bir çox sahələrində müsbət dəyişikliklər olacaq. Təşəbbüskar olmaqdan çəkinməyin. Məhz aktivliyiniz sayəsində məqsədə çata bilərsiniz. Anlaşma, sövdələşmə, danışıqlar və müzakirələr üçün münasib zamandır. İşgüzar intuisiyanız sizi aldatmasın.

Əqrəb- Səfər pis alınmayacaq. Günün ikinci yarısında yaxınlarınızla təmaslar əhvalınızı yaxşılaşdıracaq. Tərəfdaş və şəriklərlə asanlıqla dil tapın. Qəfil etiraf istisna deyil. Axşam saatlarındakı tanışlığın perspektivi yoxdur.

Oxatan- çox məhsuldar zamandır. Rutin, yeknəsək işlərin görülməsinə də yaradıcı yanaşın. Belədə ətrafınızdakılarla müqayisədə problemləri daha keyfiyyətli və sürətli şəkildə həll edə biləcəksiniz. İşgüzar tanışlıq asanlıqla baş tutacaq. Təmaslar faydalı olacaq.

Oğlaq- sonradan etibarlı müttəfiqə çevriləcək insanla qarşılaşacaqsınız. Yaxınlarınızla münasibətlərinizi rəvan və harmonik edin. Qarşılıqlı anlaşmaya nail olun. Son vaxtlar normal ünsiyyətə mane olan fikir ayrılıqları və problemləri çözün. Axşam saatlarında əyləncə məkanına yollanmaq olar.

Dolça- asan, əlverişli zamandır. Yarımçıq işləri başa vurun. İstirahət və əyləncələri təxirə salın. Həddən arıtq çətin işləri birlikdə yerinə yetirmək gərəkdir. Alış-verişdə bədxərclik etməyin. Böyük məbləğdə məsrəfləri ertələyin.

Balıqlar- romantik təmaslar üçün əlverişli deyil. Sevdiyiniz insanı sevindirsəniz, yetər. Yaşam potensialınızın səviyyəsi yüksəkdir. Səhhətinizdə problemlər yaranmayacaq.

Milli.Az