İraqın cənubunda silahlı şəxslər toy mərasiminə hücum ediblər.

Unikal.org APA-ya istinadən bildirir ki, hadisə Kərbəla yaxınlığındakı Ayn əl-Tamp şəhərində baş verib.
Polisin məlumatına əsasən, 5 terrorçu avtomat silahlardan iştirakçılara atəş açmağa başlayıb. Onlar evlənən cütlüyə tərəf qumbara atıblar. Silahlı şəxslərdən biri üzərindəki partlayıcı qurğunu işə salıb. 15 nəfərin öldüyü bildirilir.

Hadisəni İŞİD terrorçularının törətdiyi xəbər verilir.