Ukrayna prezidenti Petro Poroşenko Prezident adminstrasiyasının rəhbərini istefaya göndərib.
Unikal.org AzNews.az-a istinadən xəbər verir ki, Poroşenko administrasiya rəhbəri Boris Lojkini Milli İnvestisiya Şurasının rəhbəri vəzifəsinə təyin edib.
Prezident adminstrasiyasının rəhbəri vəzifəsində isə Lojkini Xarkov vilayətinin qubernatoru İqor Raynin əvəzləyəcək.