Azad Suriya Ordusu Carablusda 10 kəndin daxil olduğu 400 kilometr ərazini terrorçulardan təmizləyib.

Unikal.org Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Baş Qərargahı açıqlama yayıb.

Qeyd edək ki, avqustun 24-də Türkiyə Silahlı Qüvvələri koalisiya təyyarələrinin dəstəyi ilə Suriyada "Fərat Qalxanı" adı altında əməliyyatlara başlayıb.