Türkiyənin Suriya ilə sərhəddə yerləşən Kilis vilayətinə bədbəxt hadisə baş verib. Belə ki, həmin əraziyə 3 raket mərmisi düşüb.
Unikal.org Hürriyət-ə istinadən məlumat verir ki, mərmilərdən biri küçəyə, digər ikisi isə boş əraziyə düşüb. Partlayışda ikisi uşaq olmaqla 6 nəfər yaralanıb.
Qetd edək ki, bu günə qədər Suriyada terrorçu qruplaşmaların atdığı raket mərmiləri nəticəsində Kilisdə 21 nəfər həlak olub.