Özbəkistan Prezidenti islam Kərimov 79 yaşında beyin qanaxmasından dünyasını dəyişib.
Unikal.org əbər verir ki, bu barədə Fərqanı agentliyi məlumat yayıb. Anmma bu barədə hələlik rəsmi məlumat yayılmayıb.
Özbəkistanın Prezident Aparatı isə İslam Kərimovun ölümü haqqındaməlumatı təsdiq etməyib. Aparatdakı mənbə Prezidentin səhhətininsabit olduğunu bildirib.
"İslam Kərimovun ölümü ilə bağlı xəbərlərin əsası yoxdur. Prezidentin müalicəsi davam edir, vəziyyəti stabildir".
Xatırladaq ki, İslam Kərimov insult keçirməsi səbəbindən avqustun 27-də xəstəxanaya yerləşdirilmişdi.