Rusiyanın məşhur həkim-kardioluq Leo Bokeriya insult keçimiş Özbəkistan prezidenti İslam Kərimovu müayinə etmək üçün Daşkəndə uçub.
Unikal.org Publika.az-a istinadən xəbər verir ki, bu barədə məlumatlı mənbə "Life.ru saytına məlumat verib.Mənbənin məlumatına görə, L. Bokeriya avqustun 27-də saat 20:50-də Şeremetyevo hava limanından təyyarə ilə Özbəkistana uçub.
"Biletlər təcili sürətdə alınmışdı. Bokeriya hava limanına yaxınlaşanda biletlər artıq hazır idi. Kardioloq Daşkənddə avqustun 28-i saat 03:00 radələrində endi. Səhər yerli vaxtla saat 10:00-da Özbəkistandan şəxsi bortu Moskvaya uçuş üçün hazırlamağa başladılar. 14:25-də Leo Bokeriya şəxsi təyyarədə Daşkənddən Vnukova-3 hava limanına uçdu, - deyə mənbə bildirib.
Qeyd edək ki, Leo Bokeriya İslam Kərimovun xəstəlik tərixçəsi ilə yaxşı tanışdır. Onun 2004-cü ildə Özbəkistana səfərinin də Kərimovun xəstəliyi ilə əlaqədar olduğu deyilirdi. Lakin L. Bokeriya həmin vaxt bildirmişdi ki, Daşkənddə səfərinin məqsədi İslam Kərimovu müayinə etmək olmayıb.
Digər Xəbərlər
2025-09-13 13:18:00

2025-09-13 11:40:00

2025-09-13 09:15:00

2025-09-13 08:46:15

2025-09-13 00:50:02

2025-09-13 00:42:21

2025-09-13 00:14:58

2025-09-12 23:51:19

2025-09-12 23:38:04

2025-09-12 23:28:32

2025-09-12 22:28:06

2025-09-12 22:20:02

2025-09-12 22:09:43

2025-09-12 21:57:21

2025-09-12 21:08:29
.jpg)
2025-09-12 20:58:29

2025-09-12 20:38:41

2025-09-12 20:27:49

2025-09-12 19:47:29

2025-09-12 19:14:29
