İstanbul Prokurorluğu Fətullah Gülən Terror Təşkilatı adı altında başladılmış cinayət işi ilə bağlı 35 jurnalistin tutulması barədə qərar çıxarıb.

Unikal.org-un xəbərinə görə, haqqında tutulma qərarı çıxarılan jurnalistlər FETÖ üzvü olmaqda ittiham edilir. Onlardan 9 nəfəri artıq saxlanılıb.