ABŞ PKK terrot təşkilatının Suriya qolu olan PYD-nin Fərat çayının qərbinə keçməcəyinə dair Türkiyəyə verdiyi sözü tutmadı.
Unikal.org Trend-ə istinadən bildirir ki, bunu ABŞ-ın Ankaradakı keçmiş səfiri Ceyms Cefri deyib.
O qeyd edib: "Əgər Türkiyəyə verdiyiniz sözə sadiq qalmazsanız, çox tez peşman olarsınız".
Keçmiş səfir qeyd edib ki, İŞİD terror təşkilatı ABŞ və Türkiyə üçün təhdiddir: "PKK-nın Suriya qolu olan və daha çox ərəb əhalinin yaşadığı bölgələri ələ keçirməyə çalışan PYD Türkiyə üçün qəti şəkildə təhdiddir".