Fetullahci Terror Təşkilatı (FETO) ilə addı hallanan hakim Suriyalıları daşıyan qayığ vasitəsilə Yunanıstana qaçdı.
Unikal.org türkiyə mətbuatına istinadən xəbər verir ki, bir Türk hakimin, qeyri-qanuni yollarla Yunanıstanın Saqqız adasına keçərək sözügedən ölkədən siyasi sığınacaq tələb edib.
Saqqız Adası Sahil Təhlükəsizlik vahidindən əldə edilən məlumata görə, 50 yaşındakı hakim, türkiyə vaxtiləsəhər saat 06.00 radələrində, 6 Suriyalı immiqrantı daşıyan bir botla adanın Aya Eleni sahilinə qaçıb.
Yunanıstan Sahil Təhlükəsizlik qrupları tərəfindən saxlanılaraq Afinaya gətirilən hakimin siyasi sığınacaq tələb etdiyi qeyd olunur.
Artıq prokurorluq tərəfindən hakimin istəyinə yaxın vaxtlarda qiymət veriləcəyi deyilir.
Xatırladaq ki, 15 iyul hərbi çevrilişə cəhd zamanı 8 hərbiçi və ikisi əsgər də Yunanıstana qaçmışdı. Türkiyənin tələb etməsinə baxmayaraq hələ də Yunanıstan tərəfində bu məsələ baxılmaqdadır.