Prezident İlham Əliyev Qırğız Respublikasının Prezidenti Zati-aliləri cənab Almazbek Atambayevə təbrik məktubu ünvanlayıb.

Unikal.org xəbər verir ki, məktubda deyilir:

"Hörmətli Almazbek Şarşenoviç,
Milli bayramınız - Müstəqillik Günü münasibətilə Sizi və bütün Qırğızıstan xalqını Azərbaycan xalqı adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.

Əminəm ki, xalqlarımızı bir-birinə bağlayan çoxəsrlik dostluq telləri və xeyirxah ənənələr bundan sonra da Azərbaycan-Qırğızıstan ikitərəfli münasibətlərinin genişlənməsi üçün əsas olacaqdır.

Hörmətli Almazbek Şarşenoviç, Sizə möhkəm cansağlığı və uğurlar, qardaş Qırğızıstan xalqına sülh və firavanlıq diləyirəm".