"Rusiyada son 15 il ərzində pensiyaçılar 15 dəfə artıb.
Unikal.org-un "Qafqazinfoya istinadən verdiyi məlumata görə, bu barədə baş nazir Dmitri Medvedev Lipetsk şəhərində pensiyaçılarla görüşündə bildirib.
"Bu o demək deyil ki, biz müəyyən yüksək səviyyəyə çatmışıq və dayanmalıyıq. Bu işin hələ çətinlikləri var. Ölkədə pensiyaçıların hüquqlarının qanunvericilik üzrə təkmilləşdirilməsi üzərində çalışmaq lazımdır. Dövlət əlindən gələn hər şeyi etməlidir ki, pensiyaçılar o pulla rahat yaşasınlar. Biz bu iş üzərində çalışırıq, - deyə Medvedev əlavə edib.
Baş nazir pensiyaçılara həmçinin günlərini maraqlı keçirmək üçün məsləhət də verib: "1990-cı illərdə ölkədə iki telekanal fəaliyyət göstərirdi. İndi bunların sayı 200-ü ötüb və seçim şansı çoxdur. İnsanı rahatlaşdıran, beynini sakitləşdirən o qədər veriliş var ki...Həmçinin, tez-tez teatrlara da baxmağa gedə bilərsiniz.