Türkiyə və "Demokratik İttifaq" dəstələri (PYD) Suriyada müvəqqəti atəşkəs barədə razılığa gəliblər.
Unikal.org Trend-ə istinadən bildirir ki, atəşkəsin detalları sentyabrın 3-də Çində keçiriləcək G20 sammitində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Barak Obama arasında müzakirə olanacaq.
Türkiyə rəsmiləri bu məlumatı hələ təsdiq etməyiblər.