Türkiyənin Karabük vilayətindəki hərbi hissələrdən birində gənc əsgərlərlə köhnə hərbi qulluqçular arasında dava düşüb.
Unikal.org Trend-ə istinadən verdiyi məlumata görə, 30 əsgərin iştirak etdiyi dava nəticəsində 10 hərbi qulluqçu xəsarət alıb. Onlardan birinin vəziyyəti olduqca ağırdır.
Hadisəyə səbəb kimi sərxoş əsgərlərdən birinin digərini təhqir etməsi göstərilir.
Faktla bağlı cinayət işi açılıb.