Türkiyənin Hakkari vilayətində PKK terrorçuları ilə əsgərlər arasında atışma olub.

Unikal.org AzNews.az-a istinadən xəbər verir ki, Çukurcada əməliyyata gedən əsgərlərə bir qrup PKK-lı tərəfindən atəş açılıb. Atışma nəticəsində 1 PKK-lı öldürülüb, 5 əsgər yaralanıb. Yaralılar Hakkari dövlət xəstəxanasına çatdırılıblar.

Hazırda bölgədə əməliyyat davam edir.