Masallıda azyaşlı bədbəxt hadisə nəticəsində ölüb.

Unikal.org-un Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, avqustun 27-də Masallı rayonunun Təkdam kəndində 3 yaşlı Fatimə Quliyevanın üstünə qaynar su tökülüb. Xəstəxanaya yerləşdirilmiş uşaq avqustun 30-da orada ölüb.