Türkiyənin məşhur motosiklet yarışçısı, dünya çempionu Kenan Sofuoğlu xəstəxanalıq olub. 

Unikal.org-un Lent.az-a istinadən məlumatına görə, tanınmış bayker villasının 3-cü mərtəbədəki pəncərəsindən hovuza tullanıb.

İdmançı ayağını ağır zədələyib. Lakin o, özü xəstəxanaya gedə bilib. Xəstəxanada onun ayağını sarıyıblar. Çempion motosikletçi xəstəxana işçiləri ilə birlikdə selfi çəkib paylaşıb və altından bunları yazıb: "Bir atlayışdan sonra xəstəxanalıq olduq, amma çox şükür ki, indi yaxşıyam".