Almaniya federal polisi Frankfurt-Mayna aeroportunda təxliyə işləri aparır.

Unikal.org Trend-ə istinadən bildirir ki, buna səbəb kimi partlayış təhlükəsinin olması göstərilir.

Nəşrin məlumatına əsasən, qadın sərnişinlərdən biri yoxlanılarkən metal axtaran aparat işə düşüb, həmin sərnişin isə qaçaraq gizlənib. Nəticədə terminallardan birində təxliyənin aparılması barədə qərar qəbul olunub.

Qeyd edək ki, Frankfurt hava limanı Avropada ən iri 4-cü aeroportdur.