Türkiyənin tanınmış `Hurriyet Daily News` portalı ASAN Xidmət haqqında məqalə dərc edib. Məqalənin orijinalını BURADAN oxuya bilərsiniz.

Yazıda deyilir ki, Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü ilə yaradılmış və BMT-nin dövlət xidmətlərinin göstərilməsi sahəsində ən prestijli mükafatına layiq görülmüş "ASAN xidmət təcrübəsinin öyrənilməsi məqsədi ilə cari ilin 19 avqust tarixində Koreya Respublikasının daxili işlər naziri Hong Yun-Shik Azərbaycanın aidiyyəti dövlət orqanı ilə əməkdaşlıq memorandumu imzalayıb.

"Azərbaycan brendi olan "ASAN xidmət təcrübəsi inkişaf eləmiş və inkişaf etməkdə olan ölkələr tərəfindən mütəmadi olaraq öyrənilir və həmçinin təcrübədə tətbiq edilir.

Koreya Respublikası ilə imzalanmış əməkdaşlıq memorandumu Azərbaycanın aidiyyəti ekspertlərin texniki dəstək göstərmək və birgə araşdırmalar etmək məqsədi ilə Koreyaya ezam edilməsi kimi məsələləri əhatə edir,- deyə məqalədə bildirilir.

Qeyd edilir ki, Əfqanıstan artıq "ASAN xidmət konsepsiyasını tətbiq edir. Belə ki, Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qani Əfqanıstanda artıq eyni adlı (ASAN Khedmat) qurumun yaradılmasını bildirib.

- "ASAN xidmət modeli bir sıra Avropa ölkələri o cümlədən Makedoniya, Albaniya, İtaliya, Estoniya və digərləri tərəfindən yüksək qiymətləndirilib. Oxşar memorandum İtaliya Baş nazirinin ofisi yanında Dövlət idarəçiliyi üzrə departamenti ilə imzalanıb. Bu əməkdaşlığın əsas məqsədi italiyalı həmkarlara "ASAN xidmət konsepsiyasını (know-how) təmin etmək və ölkələr arasında təcrübə mübadiləsini həyata keçirməkdir,- deyə yazıda vurğulanır.