Türkiyədə dəhşətli cinayət hadisəsi baş verib.
Unikal.org Türkiyə KİV-inə istinadən bildirir ki, hadisə Tekirdağın Çərkəzköy Mahalı Stansiyası Məhəlləsindəki Ergin küçəsində qeydə alınıb.
Əldə edilən məlumata görə, polis məmuru olan Saleh P. ailə münaqişəsi zəminində tabel tapançası ilə yoldaşı Diler P. və qaynanası Yüksel S.-i ağır yaralayıb, qaynatası Səlim S. isə başından aldığı güllə yarasından yerindəcə keçinib.