Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə-İsrail münasibətlərinin normallaşmasına dair razılaşmanı təsdiqləyib.
Bu barədə Unikal.org AzVision.az-a istinadən xəbər verir.
Qeyd edək ki, anlaşmaya görə, İsrail 31 may 2010-cu ildə baş verən Mavi Mərmərə hadisəsi zamanı yaxınlarını itirənlərə ödənmək üçün Türkiyəyə 20 milyon dollar ödəyəcək.