Rusiyanın "Qazprom" şirkətinin prezidenti Aleksey Miller və Türkiyənin energetika naziri Berat Albayrak İstanbulda "Türk axını" layihəsini və rus qazının Türkiyəyə satış qiymətləri ilə bağlı arbitraj proseslərini müzakirə ediblər.

Unikal.org Trend-ə istinadən xəbər verir ki, A.Millerlə B.Albayrak təkbətək görüşüblər. Sonra BOTAŞ və "Qazprom" heyətləri arasında da görüş başlayıb.