Türkiyənin Adapazarı mahalındakı Atatürk Bulvarında 37 yaşlı Seymen A. adlı şəxs ondan boşanmaq istəyən həyat yoldaşı 24 yaşlı Merve A. ilə mübahisə etməyə başlayıb.
Unikal.org Türkiyə mətbuatına istinadn xəbər verir ki, mübahisə böyüyüb davaya çevrilib. Bu zaman Seymen A. boşanmaq istəyən yoldaşını döydükdən sonra üzərində daşıdığı silahla 10 dəfə atəş açıb. Ayağından yaralanan qadın yerə yıxılıb. Hadisənin şahidi olan vətəndaşlar silahlı şəxsi dayandırmaq üçün dərhal müdaxilə edib. Bundan sonra əlisilahlı adam insanlar tərəfindən linç edilməyə çalışılıb.
Həyat yoldaşını yaralayan şəxsi polis xilas edib. Hadisə zamanı isə daha 2 nəfər yaralanıb.
İnsident baş verən bulvara təcili tibb yardım heyəti gələrək xanımı və yaralıları xəstəxanaya aparıblar.
Hadisə ilə bağlı polis araşdırmaya başlayıb.
Aygün