Rusiyanın "Birinci kanal"ında efirə çıxan "Voskresnoye Vremya" ("Bazar Zamanı") verilişinin aparıcısı olan azərbaycanlı İradə Zeynalovanın 4 il sonra proqramdan ayrılmasının səbəbi məlum olub.

Unikal.org "Qafqazinfo"ya istinadən verdiyi məlumata görə, 44 yaşlı aparıcı ərə getməyə hazırlaşır. O, "Birinci kanal"ın hərbi müxbiri Aleksandr Yevstiqneyev ilə ailə həyatı quracaq.

Zeynalovanın yaxın ətrafının məlumatına görə, İradə ilə Aleksandr iki il öncə sevgili olub, ailə qurmağa isə bu günlərdə qərar verib.

Bəylə gəlin toyun tarix və məkanını hələ müəyyənləşdirməyib.

Aleksandr Yevstiqneyev "Birinci kanal"ın ən peşəkar müxbirlərindən biri hesab olunur. Sibirdən Moskvaya gəlmiş jurnalist ən qaynar nöqtələrdə çalışıb. O, iki il öncə Slavyansk şəhərində reportaja hazırlaşarkən atəşə tutulub.

Aleksandr İradədən yaşca kiçikdir və bundan öncə reportyor Natalya Ustyuqova ilə evli olub. Cütlüyün uşağı var. Bu, İradənin də ilk evliliyi olmayacaq. O, jurnalist Aleksey Samolyotovla 10 il ailəli olub. Onların Timur adlı oğlu var. Cütlük 2015-ci ildə boşanıb. 

Azərbaycanlı aparıcı ərə gedir - FOTO

Azərbaycanlı aparıcı ərə gedir - FOTO