ABŞ Dövlət Departamentinin nümayəndəsi Con Kirbi amerikalı jurnalist Lindsi Snellin avqust ayının əvvəlində Türkiyədə həbs olunduğunu təsdiqləyib.
Unikal.org-un Modern.az-a istinadən verdiyi xəbərə görə, o, özünün "Facebook səhifəsində yazıb ki, iyulda onu "Cebhat an-Nusra qruplaşması oğurlayıb, sonradan qaçmağa nail olsa da, hərbi əməliyyatlar zamanı sərhədi pozduğuna görə Türkiyədə saxlanılıb.
ABŞ hakimiyyəti bəyan edib ki, Snellin azadlığa buraxılması üçün Ankara ilə əməkdaşlıq edirlər. O, indi Hatay əyalətindəki həbsxanada saxlanılır, avqustun 26-da diplomatlar onunla görüşüblər
Lindsi Snell özünü müsəlman adlandırır və müsəlman paltarı geyinir.