Xırdalan şəhəri 7 nömrəli tam orta məktəbin valideyn heyəti məktəb direktoru Zemfira Orucovadan şikayətçidir.

Valideynlərin verdiyi məlumata görə, məktəb direktoru Zemfira Orucova onların qarşısında belə bir şərt qoyub ki, formalar məktəbin qəbul etdiyi məktəbli formasına uyğun, direktorun özünün sifariş verdiyi dükanda satılan formalar olmalıdır: "Məktəb direktoru başqa yerdən alınan forma ilə məktəbə gələn uşaqların dərsə buraxılmayağını, onlara dərsliklər verilməyəcəyini deyib. İndidən valideynlərə müxtəlif təzyiqlər göstərir".

Valideynlər qiyməti 37 manat olan bu formaların keyfiyyətsiz materialdan tikilməsindən də narazılıq edirlər.

Məsələ ilə bağlı Abşeron Rayon Təhsil İdarəsindən Lent.az-a bildirdilər ki, faktla bağlı araşdırma aparılır və yaxın zamanda məlumat veriləcək.