Bakıda intihara cəhd hadisəsi qeydə alınıb.

Unikal.org  xəbər verir ki, hadisə Neftçilər prospektində yerləşən Dənizkənarı Milli Parkda baş verib.

Belə ki, Abşeron rayon sakini 1992-ci il təvəllüdlü Günay Əlizadə özünü dənizə ataraq intihara cəhd edib.

O, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən sudan çıxarılıb.