Bakı Ali Neft Məktəbinin (BANM) idarəçiliyinə verilmiş Qafqaz Universitetinə yeni rektor təyin olunub.
Unikal.org apa-ya istinadən xəbərinə görə, bu vəzifəyə Azərbaycan Texniki Universitetinin rektoru, professor Havar Məmmədov təyin edilib.

H. Məmmədov faktı təsdiqləyərək bildirib ki, o bu gün Qafqaz Universitetinin kollektivinə təqdim edilib

Qeyd edək ki, Qafqaz Universitetinin təsisçisi Təhsil Nazirliyinə müraciət edərək universitetin iyulun 20-də bağlanması haqqında qərar qəbul olunduğunu bildirib.
Bundan sonra universitetin idarəçiliyi BANM-ə verilib.