Azərbaycan prezidenti İlham Əliyev vyetnamlı həmkarı Çan Day Kuanqı ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.
Unikal.org-un məlumatına görə, dövlət başçısının məktubunda deyilir:
"Hörmətli cənab prezident, ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. Azərbaycan-Vyetnam əlaqələrinin hazırkı dinamik inkişafı məmnunluq doğurur. Əminəm ki, tarixən xoş ənənələrə əsaslanan dostluq əlaqələrimizin möhkəmlənməsi, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın genişlənməsi bundan sonra da xalqlarımızın mənafelərinə və ölkələrimizin rifahına xidmət edəcək. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Vyetnam xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm.