Allaha dua edirik ki, sizin ərinizi və müharibədə şəhid olmuş bütün müsəlmanları bağışlasın, Cənnətdə ailəsi ilə birlikdə ən yüksək məqama çatdırsın. Uca Allah buyurur: "Allah yolunda öldürülənləri əsla ölmüş sanma. Əksinə, onlar diridirlər; özlərinin Rəbbi yanında onlara ruzi verilir." (Ali İmran, 169)
Unikal.org zikr.az-a istinadən bildirir ki, ər öləndən dörd ay on gün sonra sizin kəbininiz qüvvədən düşmüş sayılır və istəsəniz yenidən ailə qura bilərsiniz. Uca Allah buyurur: "Sizlərdən ölənlərin qoyub getdiyi zövcələr dörd ay on gün gözləməlidirlər"