Dini nikahın kəsilməsi üçün müxtəlif məbləğlər tələb olunur. Sorğularımız da göstərir ki, hətta dini nikaha görə 100 manat verənlər var. Halbuki rəsmi nikahın qiyməti cəmi 5 manatdır. Aradaki fərq dəfələrlədir.
Unukal.org Xezerxeber-ə istinadən xəbər verir ki, dini nikaha girənlərdən pul tələb edilir. Bəzi axundlar və mollalar halallıq üçün verilən az miqdarda pula qane olmurlar.
Kəbin kağızını yazdıqdan sonra 10-20 manatla razılaşmayanlar yenicə evlənənlərin ailələrindən ən azı 50 manat pul istəyirlər. Bu vəziyyət həm paytaxt Bakıda, həm də əksər rayonlarda müşahidə olunur.
Halbuki, dövlətin rəsmi nikah üçün müəyyənləşdirdiyi rüsum 5 manatdır. Onlar isə dini nikah üçün bundan dəfələrlə artığını istəyirlər.
İnsanlar axund və mollaların toyun insan həyatında əvəzolunmaz anlardan olduğunu bildikləri üçün fürsətdən sui-istifadə etdiklərini deyirlər.
Bəs görəsən dində belə bir tələb irəli sürülürmü?