İraqda 2016-cı ilin avqust ayı ərzində 700-dək sakin terror aktları nəticəsində ölüb, 1000-dən çoxu isə yaralanıb.

Unika.org APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə BMT missiyasının bəyanatında bildirilir.

Məlumata görə, ən çox qurban paytaxt Bağdadda qeydə alınıb - 231 nəfər ölüb, 676 nəfər yaralanıb.