Alman hökuməti iyun ayının əvvələrində Federal Məclisin 1915-ci il hadisələri ilə bağlı qəbul etdiyi qərara məsafə qoyacağını açıqlayıb.
Bu barədə Unikal.org Almaniyanın "Der Spiegel nəşrinə istinadən xəbər verir.
Almaniya Xarici işlər nazirliyinin sözçüsü Steffen Sibert açıqlmasında Almaniyanın bu hadisələrlə bağlı Türkyənin tələbinə qarşılıq verəcəyini bildirib.
Steffan Sibert eyni zamanda Federal Məclisin 1915-ci il hadisələri ilə bağlı qəbul etdiyi qərarın alman hökuməti ilə əlaqəsinin olmadığını, və bu sənədin heç bir hüquqa əsaslanmadığını vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl Almaniyanın kansleri Angela Merkel Federal Məclsini bu qərarını müsbət qiymətəlndirmədiyini açıqlamışdı.