Argentina və Uruqvay yığmaları arasında keçirilmiş futbol üzrə dünya çempionatının seçmə matçı zamanı meydana azarkeş girib.

Unikal.org report-a istinadən bildirir ki, gənc fanat meydan sahiblərinin kapitanı Lionel Messiyə tərəf qaçaraq, onun ayağından öpüb.

Həmin vaxt Argentina öndə olub - 1:0. Öz növbəsində Messi də azarkeşlə qucaqlaşdıqdan sonra stadionun təhlükəsizlik xidməti əməkdaşları kənar şəxsi çölə çıxarıblar.

Qeyd edək ki, görüş elə bu hesabla yekunlaşıb. Yeganə qolu Lionel Messi vurub.