Bakının Yasamal rayonunda kişi meyidi aşkarlanıb.

Unikal.org report-a istinadən bildirir ki, hadisə A.M.Şərifzadə küçəsi ev 10 ünvanının qarşısında qeydə alınıb.

Həmin ünvanda Bakı şəhər sakini, 1966-ci il təvəllüdlü Ələkbər Abbasovun üzərində zorakılıq əlamətləri görünməyən meyidi aşkar olunub.

Ölümün səbəbinin müəyyənləşdirilməsi üçün Ə.Abbasovun meyidi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin Yasamal rayon şöbəsinə aparılıb.

Faktla bağlı hüquq-mühafizə orqanları istintaq aparır.