"Beni affet serialının evli cütlüyü Mert Altınışık və Qaye Evin fotosu Mərakeşdə bir firma tərəfindən ev ayaqqabısının üzərinə vurulub. Unikal.org Axşam.az-a istinadən xəbər verir ki, firma Mərakeşdə də məşhur olan serialın aktyorlarından istifadə edərək satışını çoxaltmaq istəyib.
Aktyorlar bununla bağlı hələlik heç bir münasibət bildirməyiblər.
Qeyd edək ki, Mert Altınışık serialda "Kamal, Qaye Evin isə "Bahar rolunu canlandırıb.