Filippinin cənubunda yerləşən Davao şəhərində güclü partlayış baş verib.

Unikal.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, partlayış nəticəsində 10 nəfər ölüb, 60 nəfər isə yaralanıb. İlkin məlumata görə hadisə bazarın yaxınlığında baş verib. Partlayışın başvermə səbəbi haqqında məlumat verilmir.