Nicat Haqverdiyev, Xırdalan şəhəri, Abşeron Gənclər Şəhərciyində yerləşən yeni tikilən hündürmərtəbəli binalardan birində yaşayır. Bina istifadədə olsa da hələ də qazla təmin edilməyib. Mənzil Tikinti Koperativindən isə illərdir bir söz deyilir...
Yeni tikilən hündürmərtəbəli binaların bir çoxunda qaz yoxdur. Sakinlərə Mənzil Tikinti Koperativləri tərəfindən müxtəlif bəhanələr deyilir. Bunu isə daha çox binada az insanın yaşaması ilə əlaqələndirirlər.
Unikal.org Xezerxeber.com-a istinadən xəbər verir ki,binanın qaz xəttləri çəkilib. Hətta sakinlər öz ciblərindən sayğac da alıb quraşdırıblar.
"Azəriqaz" istehsalat birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İbrahim Kərbalayev binanın qazla təmin olunmamasının mənzillərin boş qalması ilə heç bir əlaqəsinin olmadığını deyir. Mənzil Tikinti Koperativi tərəfindən zəruri sənədlər təqdim edilmədiyindən sözügedən bina qazlaşdırılmayıb.
Qeyd edək ki, cari ilin yanvar-avqust ayları ərzində Bakıda müvafiq sənədləri təqdim edilmiş 251 çoxmərtəbəli binaya qaz verilib. Yəni, 8205 mənzil qazla təmin edilib.
Binanın qazla təmin edilməsi üçün xəttlər lisenziyası olan tikinti şirkəti tərəfindən çəkilməlidir. Dövlət Qəbulu Komissiyasından isə rəy alınmalıdır.sənədləri hazır olan istənilən Mənzil Tikinti Koperativi "Azəriqaz"ın abonenti ola bilər.