Özbəkistan prezidenti İslam Kərimovun un kiçik qızı Lola Kərimova - Tillayeva atasının ölüm xəbərini təsdiqləyib.

Unikal.org Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Lola Kərimova sosial şəbəkədə yazıb:

"O, bizi tərk etdi... Deməyə söz tapmıram və özüm də buna inanmıram....

Xatırladaq ki, Özbəkistan prezidenti İslam kərimov bu gün 78 yaşında ağır xəstəlikdən dünyasını dəyişib. O, sabah Səmərqənddə dəfn olunacaq.