Unikal.org Oxu.az-a istinadən xəbər verir ki, Kərimov avqustun 27-i səhər saaatlarında təcili şəkildə Özbəkistan Səhiyyə nazirliyinin Mərkəzi xəstəxanasına gətirilib. Xəstəyə beyin qan dövranının kəskin pozulması (insult) diaqnozu qoyulub.
Məsləhətləşmələri dünyanın aparıcı klinikalarının mütəxəssisləri, o cümlədən akademik Leo Bokeriya -” Bakulev adına Ürək-Damar cərrahiyəsinin Elmi Tədqiqat Mərkəzinin direktoru, professor Əmir Sami -” Hannover beynəlxalq neyrocərrahiyə institutunun vitse-prezidenti və icraçı direktoru, professor Hüqo Katus -” Heydelberq Universitet xəstəxanasının kardiologiya şöbəsinin müdiri aparıblar.
Qeyd olunur ki, Kərimovun xəstəxanaya yerləşdirildiyi vaxtdan vəziyyəti atonik koma kimi qiymətləndirilirdi.
Cümə günü, sentyabrın 2-də, saat 20.15 radələrində həkimlər İ.Kərimovun ürək fəaliyyətinin dayanması ilə ölüm faktını qeydə alıblar.