Hindistanın Dehli ştatında qadın vəşuqa problemlər naziri Sandip Kumar vəzifəsindən qovulub. Səbəb 36 yaşlı, evli nazirin iki qadınla "eşq" fotoları və videolarının sosial şəbəkələrdə paylaşılmasıdır.
Bundan başqa, videolardan biri yerli televiziya kanalına göndərilib.
Unikal.org Milli.Az-a istinadən bildirir ki, həmin video və fotolarda Sandip Kumar iki ayrı-ayrı qadınladır.
Yarıçılpaq nazir bu qadınlarla qucaqlaşır, öpüşür.
S.Kumar hazırda Dehli ştatında iqtidarda olan "AAM Aadmi" Partiyasının funksioneridir.