Boliviyada avtobusun qəzaya uğraması nəticəsində azı 11 nəfər ölüb, 40 nəfər yaralanıb.

Unikal.org APA-ya istinadən verdiyi xəbərə görə, Santa-Krus - Sukre marşrutu üzrə hərəkət edən avtobus Saipina şəhəri yaxınlığında dərinliyi 15 metr olan dərəyə yuvarlanıb.

Xəsarət alanlar xəstəxanalara çatdırılıb, qəzanın səbəbləri araşdırılır.

İlkin məlumata görə, sürücünün döngədə idarəetməni itirməsi qəzaya səbəb