"Liverpool"un baş məşqçisi Yurgen Klopp heç bir təzyiq hiss etmədiyini və azarkeşlərin istəyinə uyğun transfer edilməyəcəyini bildirib.
Unikal.org goal.az-a istinadən xəbər verir ki, "mersisaydlılar" bu yay yeddi oyunçu heyətlərinə qatsalar da, bəzi mövqelər gücləndirilmədiyindən Kloppun transfer siyasəti azarkeşlər tərəfindən birmənalı qarşılanmayıb. Misal üçün müdafiənin sol cinahına yeni futbolçu alınmasını gözləyən tərəfdarlar məşqçinin fərqli qərarı ilə qarşılaşıblar. Belə ki, alman mütəxəssis həmin mövqedə Ceyms Milneri oynatmaq qərarına gəlib.
"Hər kəs indi 80 milyonluq transfer istəyir. Amma biz transfer xatirinə transfer etmirik"-deyə Klopp bildirib.
Daha sonra mütəxəssis sözlərinə belə davam edib:
"Biz kifayət qədər transfer etmişik. Mən heç vaxt öz cibimi güdməyərək klubun xeyirinə hərəkət etmişəm. Futbolda hər şey təzyiq altındadır. Mənim bu təzyiqdən xəbərim var amma onu üzərimdə hiss etmirəm. Çunki verdiyim qərarlarımın kənardan necə qarşılanacağı məni maraqlandırmır".
Xatırladacaq ki, bu yay "Liverpool" transferlərə 60 mln funt-sterlinq xərcləyib. Əvəzində isə Kristian Benteke, Cordan Ayb və Co Allen kimi futbolçular hərəsi təxminən 10 mln funta satılaraq azarkeşlərin haqlı narazılığına səbəb olub.