Prezident İlham Əliyev Biləsuvarda Mərkəzi Rayon Xəstəxanasının açılış mərasimində iştirak edərkən köhnə dostunu tapıb. 

Unikal.org Azərbaycan 24-ə istinadən xəbər verir ki, prezidentlə rayon sakini olan dostunun dialoqunu təqdim edir.

Prezident İlham Əliyev: Əminəm ki, Biləsuvar rayonu bundan sonra da uğurla inkişaf edəcək. Rayonda çox gözəl quruculuq, abadlıq işləri görülür. Rayonun siması yaxşılaşır, gözəlləşir. Rayonda mənim köhnə dostlarım da var. Mən onları da salamlayıram. Yadımdadır, 2000-ci ildə mən Lənkərana gedirdim, bu yoldaşı yolda gördüm. Məni bayraqla salamlayırdı. O vaxt bizim olimpiyaçılarımız yaxşı nəticə qazanmışdılar. Maşını saxlatdım, elə o vaxtdan tanış olduq, o vaxtdan da dostluq edirik.

Sakin: Mən Sizinlə fəxr edirəm. Siz Azərbaycanı dirçəltdiniz. Allaha and olsun, Sizin bütün işlərinizlə fəxr edirəm. Təzə su də çəkdirmisiniz, içdim, bir az da cavanlaşdım. Ömrünüz su qədər uzun olsun.

Prezident İlham Əliyev: Çox sağ ol. Sizi bir daha təbrik edirəm.