Rövşən Lənkəranskini sağ qolu Hacı Beyləqanski öldürüb.
Unikal.org-un məlumatına görə, bu şok iddianı Türkiyənin Habertürk kanalı irəli sürüb. Kanalın özəl xəbərində bildirilib ki, kriminal aləmdə Hacı Beyləqanski ləqəb ilə tanınan Hacıbaba Talıbxanlı Rövşənin yerinə keçmək üçün ona sui-qəsd təşkil edib.
Xəbərdə bildirilir ki, Rövşənin Beşiktaşdakı oteldə iştirak etdiyi toplantını məhz Hacı Beyləqanski təşkil edibmiş, hətta şübhə yaratmamaq üçün silahlı şəxslərə atəş də açıbmış. Lakin istintaq nəticəsində həqiqət ortaya çıxıb.
Kamera görüntülərindən bəlli olub ki, Hacı Beyləqanski sui-qəsdçilərə atəş açsa da, onların heç birini vurmayıb. Bu isə polisi şübhələndirib. Rusiyada 5, Azərbaycanda isə 1 cinayətə görə axtarışda olan kriminal avtoritetin Rövşəni öldürən killerləri isə Qırğızıstana qaçıb.
Qeyd edək ki, H.Beyləqanski Rövşənin silahlı hücuma məruz qalmasından dərhal sonra həbs edilmişdi.