Sentyabrın 26-na təyin olunmuş Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendumda "Exit-poll" keçirmək üçün dörd təşkilat Mərkəzi Seçki Komissiyasına müraciət edib.

MSK-dan unikal.org-a verilən məlumata görə, müraciət edən təşkilatlar Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqası, "Vətəndaş Cəmiyyəti Uğrunda" Müstəqil Məsləhət və Yardım Mərkəzi, ELS Müstəqil Araşdırmalar Mərkəzi və Rəy Monitorinq Mərkəzidir.

MSK yaxın vaxtlarda həmin təşkilatların "Exit poll" keçirmək üçün qeydə alınması məsələsinə baxacaq.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası tərəfindən referendumun keçirilməsi ilə bağlı təsdiq edilmiş Təqvim Planına əsasən, səsvermədə "Exit poll" keçirmək niyyətində olan təşkilatların akkreditasiya üçün təqdim etdikləri sənədlərin qəbul müddəti sentyabrın 6-da başa çatır.